XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ronaldu Messini qabaqlaya bilər
İdman 19:02 / 13.03.2019


İtaliyanın "Yuventus” futbol klubunun portuqaliyalı hücumçu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında het-triklərinin sayını 8-ə çatdıraraq Lionel Messinin rekorduna şərik olub.

34 yaşlı portuqaliyalı hücumçu martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İspaniyanın "Atletiko Madrid” komandası ilə keçirilən cavab qarşılaşmasında 3 qol vurub. Kriştiano Ronaldo bu het-triklə çempionatda ən çox het-trik edən "Barselona”nın argenitanlı hücumçusu Lionel Messinin rekorduna çatıb. Onların ən yaxın izləyicilərinin aktivində 3 het-trik var.

Qeyd edək ki, portuqaliyalı hücumçu 2018-ci ilin yayında "Real Madrid”dən Turin təmsilçisinə transfer olunub. O, cari mövsümdə 36 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.


35225 oxunub

InvestAZ