XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İcraiyyə Komitəsi bəzi vacib qərarlar qəbul edib
İdman 10:48 / 04.12.2020
Millətlər Liqasının final mərhələsinin püşkatma mərasimindən öncə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Yığıncaqda bəzi vacib qərarlar qəbul olunub. "Dördlər finalı”nın oyunlarının İtaliyada keçiriləcəyi təsdiqlənib. 2021-ci il 6-10 oktyabr tarixlərində baş tutacaq matçlar "Yuventus”a məxsus eyniadlı arenada və "San Siro” stadionunda oynanılacaq. 21 yaşadək futbolçular arasında 2023-cü ildə təşkili planlaşdırılan Avropa çempionatının final mərhələsinə ev sahibliyi Gürcüstan və Rumıniyaya həvalə olunub. 2021/2022 mövsümündən keçiriləcək Konfrans Liqasının ilk finalının məkanı bəlli olub. Həlledici qarşılaşma Albaniyanın paytaxtı Tiranadakı "Milli arena”da gerçəkləşəcək. İcraiyyə Komitəsi İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq matçların Azərbaycan və Ermənistanda keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.

İclasda həmçinin UEFA-nın növbəti Konfransının vaxtı açıqlanıb. Tədbir 2021-ci il martın 2-də İsveçrənin Montrö şəhərində olacaq.

34556 oxunub

InvestAZ