XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qarabağ"ın futbolçusu koronavirusa yoluxdu
İdman 12:39 / 03.12.2020
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunun İsrail "Makkabi"si (Tel-Əviv) ilə oyunu öncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib. Mahir Emrelidən sonra bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynovda koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçisi Elvar Quliyevdə testin nəticəsi pozitiv çıxıb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünənki testinin nəticəsi mənfi çıxıb və o, Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirus aşkarlanmış Musa Qurbanlının isə son iki testi neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

30962 oxunub

InvestAZ