XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çak Norrisdən maraqlı videoçarx
İdman 15:00 / 02.12.2020
World of Tanks onlayn oyun istehsalçıları rəsmi YouTube kanalında "Yeni il hücumu -2021” hadisəsini elan edən bir video yerləşdiriblər. Onlar oyunçuların müxtəlif hədiyyələr alacaqlarını və xüsusi bayramlarda iştirak edəcəklərini bildiriblər.

Əsas sürpriz isə əfsanəvi amerikalı aktyor və idmançı Çak Norrisin videoda yer almasıdır. Videoda o, yeni ilə hazırlıq zamanı ağacdan yerə enə bilməyən bir pişik balasını xilas etmək üçün əlindəki tankı havaya qaldırır. Videoya şərh olaraq isə "yalnız bir nəfər World of Tanks dünyasında yeni ili xilas edə bilər. Həmin şəxs artıq yoldadır”- deyə qeyd olunub.

"Qarşıdan gələn bayram mövsümünün ən qızğın vaxtında World of Tanks istehsalçıları məni başlamasına az qalan xüsusi tədbirlərinə qoşulmağa dəvət etdilər. Buna bir neçə gün qalıb. İndi hazırlaşmaq üçün ən münasib məqamdır”, - deyə Çak Norris Facebook səhifəsində yazıb.

31219 oxunub

InvestAZ