XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: “Mançester Yunayted” və “Borussiya” 1/8 finalın bir addımlığında
İdman 12:32 / 02.12.2020
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulacaq. Turun ikinci oyun günündə 4 qrupda 8 matç keçiriləcək.

Türkiyənin "Başakşəhər” klubu öz meydanında "Leyptsiq”lə üz-üzə gələcək. 1/8 final şansı minimuma düşən İstanbul təmsilçisi mütləq qalib gəlməlidir. Növbəti xal itkisi "Başakşəhər”in turnirlə vidalaşması ilə nəticələnə bilər. H qrupunun lideri "Mançester Yunayted” PSJ-dən xal alarsa, növbəti mərhələyə yüksələcək.

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran "Barselona” "Ferensvaroş”un qonağı olacaq. G qrupunun digər görüşündə "Yuventus” Ukraynanın "Dinamo Kiyev” klubu ilə qarşılaşacaq. Digər iki qrupda liderlər öz aralarında münasibətlərini ayırd edəcək, autsayderlər də bir-biri ilə görüşəcək. E qrupunda "Krasnodar” "Renn”i, "Sevilya” "Çelsi”ni qəbul edəcək. F qrupunda Dortmund "Borussiya”sı "Latsio”nu, "Brügge” "Zenit”i sınağa çəkəcək.

Qeyd edək ki, turun digər 8 oyunu dekabrın 1-də keçirilib.

31002 oxunub

InvestAZ