XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Premyer Liqasında mövsümün antirekordu
İdman 11:05 / 02.12.2020
Azərbaycan Premyer Liqasının XI turunda 5 qol vurulub. "Neftçi” – "Zirə” qarşılaşmasında hesab açılmayıb. "Sumqayıt” – "Qəbələ” matçı 0:1, "Səbail” – "Qarabağ” və "Keşlə” – "Sabah” görüşləri 1:1 hesabı ilə başa çatıb. Turun orta məhsuldarlığı 1,25-ə bərabər olub.

Bu, cari mövsümün ən aşağı məhsuldarlığıdır. Sonuncu dəfə belə göstərici 2017/18 mövsümündə qeydə alınıb. 2018-ci il fevralın 10-11-də keçirilən XV turda da indiki kimi 4 matçda 5 qol vurulub və orta göstərici 1,25-ə bərabər olub.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq 2016/17 mövsümündə rəsmiləşib. 2017-ci il martın 13-14-də keçirilən XXII turun 4 matçında cəmi 4 qol vurulub. Həmin vaxt orta göstərici 1,00-ə bərabər olub.

32520 oxunub

InvestAZ