XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: “Real” işini çətinə saldı, “Liverpul” və Porto” növbəti mərhələdə
İdman 10:14 / 02.12.2020
Ötən gecə UFEA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qruplarında 8 oyun keçirilib. Turnirin son qalibi "Bavariya” 1-ci yeri təmin etdiyi A qrupunda "Atletiko” klubu ilə heç-heçə edib -1:1. "Lokomotiv” isə doğma meydanda "Zalsburq”a məğlub olub -1:3. Turun gözlənilməz nəticəsi B qrupunda qeydə alınıb. Son oyunlarda uğursuz çıxış edən "Real” səfərdə "Şaxtyor” 2:0 hesabı ilə məğlub olub. "Kral klubu” bu məğlubiyyətlə işini çətinləşdirərək qrupdan çıxmaq şansını son tura saxlayıb. Ukrayna təmsilçisi isə bu qələbə ilə 2-ci pilləyə yüksəlib. Qrupun digər oyununda Mönhenqladbax "Borussiya”sı öz meydanında "İnter”ə uduzub. Məğlubiyyətə baxmayaraq, bundestim təmsilçisi liderliyini qoruyub. B qrupunda son tur ərəfəsində bütün komandalar 1/8 final şansını saxlayıb. "Porto” ilə üz-üzə gələn "Mançester Siti” ilk xal itkisi ilə üzləşib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ingiltərəlilərə C qrupunun qalibi adını qazandırıbsa, "Porto” 1/8 finala vəsiqəni təmin edib. Autsayderlərin görüşündəki "Marsel” "Olimpiakos”u üstələyib -2:1. D qrupunun lideri "Liverpul” "Ayaks”ı 1:0 hesabı ilə məğlub edib. "Mersisaydlılar” bu qələbə ilə 1/8 finala vəsiqəni təmin ediblər. Qrupun digər oyununda "Atalanta” (İtaliya) qrup sonuncusu "Midtülland”la (Danimarka) heç-heçə oynayıb -1:1.

31901 oxunub

InvestAZ