XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb
İdman 10:29 / 01.12.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb. İki günü əhatə edəcək tura dekabrın 5-də "ASK Arena”da keçiriləcək "Keşlə” – "Səbail” oyunu ilə start veriləcək. Matç saat 14:00-da başlayacaq.
Turun ikinci görüşü həmin gün "Bank Respublika Arena”da oynanılacaq. "Sabah” klubu doğma meydanda "Neftçi” komandasını qəbul edəcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Daha iki görüş dekabrın 6-da baş tutacaq. Qəbələ şəhər stadionunda "Qəbələ” komandası "Qarabağ” klubunu qəbul edəcək. Oyun saat 14:00-da başlayacaq.
Turun son oyunu isə Zirə İdman Kompleksinin stadionunda "Zirə” və "Sumqayıt” komandaları arasında təşkil olunacaq. Hakimin start fiti saat 16:00-da eşidiləcək.
XII turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On bir turdan sonra turnir cədvəlinə 19 xalla "Qarabağ” və "Zirə” klubları başçılıq edir. "Neftçi” 18 xalla üçüncü, "Sumqayıt” isə 15 xalla dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq "Keşlə” (13), "Sabah” (10), "Səbail” (10) və "Qəbələ” (8) klubları qərarlaşıblar.

30312 oxunub

InvestAZ