XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: Bu gün daha 5 klub növbəti mərhələyə vəsiqəni təmin edə bilər
İdman 10:08 / 01.12.2020
Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start veriləcək. Turun ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar mübarizə aparacaqlar.

A qrupunda səkkizdəbir finala vəsiqəni ötən tur təmin etmiş turnirin sonuncu qalibi – "Bavariya” klubu Madriddə "Atletiko” ilə qarşılaşacaq. Digər matçda Rusiyanın "Lokomotiv” komandası Avstriyanın "Zalsburq” klubunu qəbul edəcək. Madrid klubu qələbə qazanacağı təqdirdə Moskvadakı matçın nəticəsindən asılı olaraq pley-offa yüksələ bilər. Bunun üçün "Lokomotiv” xal itirməlidir.

B qrupunda "Real Madrid” Ukraynada "Şaxtyor” ilə üz-üzə gələcək. "Kral klubu” çətin səfər matçında rəqibini məğlub edə bilsə qrupdan çıxmağı təmin edəcək. Qrupun digər oyununda Almaniyanın "Borussiya” (Mönhenqladbax) klubu evdə İtaliyanın "İnter” komandası ilə qarşılaşacaq. Səkkizdəbir finala vəsiqə üçün Mönhenqladbax təmsilçisinə 1 xal da kifayət edə bilər. Bunun üçün "Real Madrid” komandası Ukraynada uduzmamalıdır.

C qrupunda İngiltərənin "Mançester Siti” komandasından sonra Portuqaliyanın "Portu” klubu da mərhələ adlaya bilər. "Əjdahalar” bu tur evdə "şəhərlilər”dən xal almağı bacararsa, digər matçın nəticəsindən asılı olmayaraq qrupdan çıxacaq.

D qrupunda İngiltərənin "Liverpul” klubu Niderlandın "Ayaks” komandasını qəbul edəcək. Mersisaydlılar qələbə sayəsində səkkizdəbir finala yüksələ bilərlər. Qrupun digər oyununda Danimarkanın "Midtyulland” komandası İtaliyanın "Atalanta” klubu ilə qarşılaşacaq.

32404 oxunub

InvestAZ