XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Luis Hamiltondan növbəti qələbə
İdman 12:02 / 30.11.2020
Formula 1 üzrə Bəhreyn Qran-Prisinin qalibi müəyyənləşib. Mövsümün 15-ci yarışında "Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü "Red Bull”un pilotları Maks Ferstappen və Aleksandr Albon tamamlayıblar. L.Hamilton cari mövsüm 11-ci, karyerasında isə 95-ci qələbəsini qazanıb. Ötən yarış - Türkiyə Qran-Prisində L.Hamilton yeddinci çempionluğunu rəsmiləşdirib. "Mercedes" isə Konstruktorlar kubokuna sahib olub.

Pilotların siyahısına 332 xalla L.Hamilton başçılıq edir. Onun komanda yoldaşı Valtteri Bottas 201 xalla ikinci, M.Ferstappen isə 189 xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti yarış dekabrın 6-da yenidən Bəhreyndə təşkil olunacaq.

30468 oxunub

InvestAZ