XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bədii gimnastika üzrə Avropa çempionatına yekun vuruldu
İdman 09:41 / 30.11.2020

Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə 36-cı Avropa çempionatı başa çatıb.

Turnirin son günündə böyüklər arasında çoxnövçülük üzrə yarışlar keçirilib. Azərbaycanı bu yarışda Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edib.

Zöhrə Ağamirova topla hərəkətlərdə 22.950 xal, gürzlərlə hərəkətlərdə 23.850 xal, halqa ilə hərəkətlərdə 21.000 xal, lentlə hərəkətlərdə 20.500 xal toplayıb. Z.Ağamirova 88.300 yekun xalla 9-cu yeri tutub. Arzu Cəlilova topla hərəkətlərdə 21.500 xal, gürzlərlə hərəkətlərdə 22.150 xal, halqa ilə hərəkətlərdə 23.500 xal, lentlə hərəkətlərdə 20.450 xal toplayıb. A.Cəlilova 87.600 yekun xalla 12-ci olub.

Qeyd edək ki, Avropa çempionatının yekunlarına əsasən, Azərbaycan milli komandası 3 medal qazanıb. Komanda qrup hərəkətlər üzrə çoxnövçülükdə gümüş medal, 3 halqa və 2 gürzlə hərəkətlərdə isə bürünc medal əldə edib. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medala sahib olub.


32119 oxunub

InvestAZ