XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Keşlə” öz meydanında heç-heçə edib
İdman 18:04 / 29.11.2020
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Günün il matçında "Keşlə” "ASK Arena”da "Sabah”la qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 54-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub. Dörd dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. Oyunun 85-ci dəqiqəsində isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub. Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olacaq.
31016 oxunub

InvestAZ