XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Araz” Çempionlar Liqasında mübarizəni dayandırdı
İdman 11:00 / 29.11.2020
"Araz” klubu futzal üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb. Afinadakı "Dias Sports Hall"da keçirilən görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu meydan sahibləri vurublar. Birinci dəqiqədə Manos Hadyidrodis hesabı açıb. 20-ci dəqiqədə Panu Autio fərqi artırıb. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissəyə daha yaxşı başlayan "Araz" 24-cü dəqiqədə təcrübəli oyunçusu Rizvan Fərzəliyevin qolu vurulan toplardan birinin əvəzini çıxıb. Cəmi 4 dəqiqə sonra Panu dubl edərək qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 29-cu dəqiqədə "Araz"ın heyətində Fineo qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, 33-cü dəqiqədə Xətai Bağıraov fərqi azaldıb. 4 dəqiqə sonra isə Ramiz Çovdarov hesabı 3:3 edib.

Əsas və əlavə vaxtda hesab dəyişmədiyindən qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq (4:3) oynayan Yunanıstan klubu adını 1/16 final mərhələsinə yazdırıb.

30958 oxunub

InvestAZ