XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Allahverdi Bağırovun Ağdamdakı məzarı ziyarət edilib - VİDEO
İdman 16:50 / 27.11.2020

Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun futbolçusu və keçmiş baş məşqçisi, I Qarabağ müharibəsi şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər.
Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir.
DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1993-cü ildə işğal edilmiş Ağdam 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.




31174 oxunub

InvestAZ