XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa çempionatının talismanı bu ay təqdim olunacaq
İdman 14:46 / 13.03.2019


2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının talismanı martın 24-də Amsterdamdakı "Yohan Kroyf Arena”da təqdim olunacaq.
Talisman "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Hollandiya-Almaniya oyunundan əvvəl təqdim ediləcək.
Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Turnirin 60 illik yubileyi münasibətilə çempionata Avropanın 12 ölkəsi ev sahibliyi edəcək.
Qitə birinciliyinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir qarşılaşması Bakıda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

37570 oxunub

InvestAZ