XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dieqo Simeoni: "Rəqib daha yaxşı oynadı "
İdman 14:14 / 13.03.2019

"Yuventus"u təbrik edirəm. Çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar. Onlar layiqli qələbə qazandılar. Biz də çox səhv etdik".
Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınnın 1/8 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
"Bu matçın ən pis oyunumuz olduğunu düşünmürəm. Sadəcə rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol epizodu yaratdıq, amma ikinci yarıda heç nə ilə yadda qalmadıq" - deyə o söyləyib.
Argentinalı mütəxəssis Turin klubunun üç qolunun müəllifi olan Kriştiano Ronaldonun onun hərəkətini təkrarlamağına da münasibət bildirib: "Ronaldo dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir. Ronaldonun jesti? O gördü ki, mən bu hərəkəti "Metropolitano"da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldo belə böyük klubun ruhunu nümayiş etdirdi".

32153 oxunub

InvestAZ