XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qurban Qurbanov: “Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”
İdman 10:00 / 27.11.2020

"Futbolçularım qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: "Rəqib yaxşı oynadı və qələbə qazandı. Məğlubiyyətə görə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram".
Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: "Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.
Qeyd edək ki, "Qarabağ" bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. "Sivasspor" isə 6 xalla 3-cü sırada yer alır.

30915 oxunub

InvestAZ