XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiya mükafatçımızın medalı rəsmən əlindən alındı
İdman 17:34 / 26.11.2020

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. İclas zamanı 2012-ci il London Yay Olimpiya Oyunlarının

bəzi yarışlarında mükafatçılardan götürülmüş dopinq testlərin nəticələrinin yenidən yoxlanılmasından sonra bir daha baxılmasına qərar verilib. Qərara əsasən, London Olimpiadasının ağırlıqqaldırma yarışlarının bürünc mükafatçısı, Azərbaycan millsinin bolqarıstanlı legioneri Valentin Xristovun (56 kq) bürünc medalı rəsmən ləğv edilib. 2019-cu il martın 27-də BOK-un İntizam Komitəsi tərəfindən mükafatdan məhrum edilən atletimizin medalı vyetnamlı idmançı Le Kuok Toana verilib.

Beləliklə, Azərbaycan millisi ağırlıqqaldırma idman növündə qazandığı yeganə Olimpiya mükafatından məhrum olub.

Bununla da, London Olimpiadasında Azərbaycan idmançılarının qazandıqları medalların sayı doqquza enib. London-2012-də Azərbaycan Olimpiya yığmasının aktivində iki qızıl, iki gümüş və beş bürünc medal qalıb.


32095 oxunub

InvestAZ