XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



1/4 finalın son iştirakçıları bu gün müəyyənləşəcək
İdman 13:41 / 13.03.2019


Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.
1/8 final mərhələsinin sonuncu günündə "Bavariya”-"Liverpul” və "Barselona”-"Olimpik Lion” komandalarının görüşü keçiriləcək.
Günün böyük maraq doğuran əsas oyunu Münxendəki "Allianz Arena”da təşkil olunacaq. "Bavariya” klubu İngiltərənin "Liverpul” komandasınıqəbul edəcək. Bu komandalar arasında İngiltərədə keçirilən ilk görüşdə hesab açılmayıb – 0:0. "Bavariya” növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə "Liverpul” komandasının növbəti mərhələyə yüksəlməsi ilə nəticələnəcək. Münxen təmsilçisinin heyətində Tomas Müller ilə Yozua Kimmix cəzalı, Korenten Tolisso və Aryen Robben zədəlidir. Kinqsli Komanın vəziyyətinə isə oyun vaxtı aydınlıq gələcək. "Liverpul”da isə Aleks Oksleyd-Çemberleyn və Co Qomes zədə üzündən meydana çıxa bilməyəcəklər.
Mərhələnin digər oyunu İspaniyada baş tutacaq. Fransanın "Lion” klubu səfərdə "Barselona” komandasının qonağı olacaq. Bu komandalar arasında Fransada keçirilən görüşdə heç-heçə qeydə alınıb – 0:0.
"Barselona”nın heyətində Usman Dembele və Tomas Vermaleninin oynayıb-oynamayacağı dəqiq bilinmir. "Lion”da Amin Quiri zədəli, Marselo Filyonun durumu sual altındadır.


59133 oxunub

InvestAZ