XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qalatasaray"ın prezidenti azərbaycanlı şəhid barədə danışdı
İdman 20:41 / 25.11.2020


Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov barədə danışıb.

İHA agentliyinin verdiyi məlumata görə 71 yaşlı funksioner bu ifadələri işlədib: "Komandaya azarkeşlik etmək izah olunmaz hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı çox xoşbəxt olardı" dedi. Bu, bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. F.Dursunov vəfat etməzdən əvvəl "Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.

M.Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".


33415 oxunub

InvestAZ