XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionatında 10 idman gimnastımız mübarizə aparacaq
İdman 17:29 / 25.11.2020
Dekabrın 9-dan 13-dək Türkiyənin Mersin şəhərində kişi idman gimnastları arasında 34-cü Avropa çempionatı keçiriləcək. Yarış iki – böyüklər və yeniyetmələr yaş kateqoriyası üzrə təşkil olunacaq. Çempionatda böyüklərin yarışında ölkəmizi Murad Ağarzayev, Sərvər Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov və İvan Tixonov təmsil edəcəklər. Yeniyetmələrin mübarizəsində isə Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirov medallar uğrunda yarışacaqlar.

Çempionatda Olimpiya Oyunlarının qalibləri ilə yanaşı, qitə və dünya çempionatının mükafatçıları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatında 19 ölkədən 120-dən artıq gimnast birincilik uğrunda gücünü sınayacaq.

29848 oxunub

InvestAZ