XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: Favoritlər 1/8 finala vəsiqəni təmin etdilər
İdman 14:05 / 25.11.2020

Ötən gecə Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsi start verilib. IV turun ilk oyun günündə E, F, G və H qrupunda 8 oyun keçirilib. Bu mərhələdə qeydə alınan nəticələrdən sonra 1/8 finala vəsiqə qazanan ilk komandalar müəyyənləşib.

E qrupunda İngiltərənin "Çelsi" klubu Fransada "Renn"i, İspaniyanın "Sevilya" komandası isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edərək, adını pley-offa yazdırıb. Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran London və Əndəlusiya təmsilçiləri sona 2 tur qalmış qrupdan çıxmağı təmin ediblər. "Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-4-cü

yerləri bölüşdürür. Son iki turda yalnız qrup birincisinin və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.

Almaniyanın Dortmund "Borussiya”sı ilə İtaliyanın "Latsio” komandalarının yer aldıqları F qrupunda asan qələbə qazanaraq ilk iki pillədəki yerlərini möhkəmlədiblər. Bundestim təmsilçisi Almaniyada Belçikanın "Brügge” klubundan güclü olub -3:0. "Latsio” isə doğma meydanda Rusiyanın "Zenit” klubunu 3:1 hesabı ilə üstələyib. Bu iki klubdan ən azı birinin turnirdə yoluna davam edəcəyini əminliklə söyləmək olar. Çünki "Zenit” üçün ÇL-də mübarizənin qrupda başa çatacağı dəqiqləşib.

G qrupunda da 1/8 finalın hər iki iştirakçısının adına aydınlıq gəlib. Qrupun lider olan İspaniyanın "Barselona” klubu ötən tur "Nou Kamp”da minimal hesabla qalib gəldiyi "Dinamo Kiyev”i bu dəfə Ukraynada böyükhesabla üstələyib. Səfərdə 4:0 hesabı ilə qələbə qazanaraq xallarının sayını 12-yə çatdıran kataloniyalılar 1/8 finala vəsiqəni təmin ediblər. Qrupun digər favoriti "Yuventus” isə son dəqiqələrdə vurduğu qolla "Ferensvaroş” üzərində əzmkar qələbə qazıb -2:1. Turinlilər bu qələbə sayəsində qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb. Aktivində 1 xal olan "Dinamo Kiyev” və "Ferensvaroş” klubları isə son iki turda 3-cü yeri tutaraq Avroliqaya vəsiqə uğrunda mübarizə aparacaq.

H qrupunda Türkiyə təmsilçisi "Başakşəhər” İngiltərədə "Mançester Yunayted”lə üz-üzə gəlib. Ötən tur doğma divarlar arasında "qırmızı şeytanlara” 2:1 hesabı ilə qalib gələn istanbullular eyni uğuru İngiltərədə təkrarlaya bilməyib. Görüş "Mançester Yunayted”in böyükhesablı qələbəsi ilə başa çatıb -4:1. Qrupun digər oyununda PSJ Fransada "Leypsiq”ə Neymarın 11-ci dəqiqədə vurduğu penalti qolu ilə qalib gəlib. Bu nəticələrdən sonra İngiltərə təmsilçisi 9 xalla qrupun vahid lideri olub. Qələbə sayəsində xalını 6-ya çatdıran parislilər ikinci pilləyə yüksəlib. Eyni xala malik olan "Leypsiq” üçüncü pillədə yer alıb. Türkiyənin Başakşəhər” klubu isə 3 xalla sonuncudur.

Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.

30565 oxunub

InvestAZ