XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qarabağ" - "Sivasspor" oyunu danimarkalı hakimlərə həvalə edildi
İdman 11:14 / 25.11.2020

Türkiyədə "Sivasspor" və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının IV tur matçı üçün hakim təyinatları açıqlanıb. Qarşılaşma Danimarkadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Jakob Kehletə yan xətt hakimləri Heine Sørensen və Lars Hummelgaard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jens Maa yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


32152 oxunub

InvestAZ