XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Kuboku: Yeni mövsümün püşkü atıldı
İdman 14:39 / 24.11.2020

Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümünün püşkü atılıb. Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən "Turan Tovuz”, "Zaqatala”, "Kəpəz” və "Qaradağ Lökbatan” qatılıb.

Azərbaycan Kuboku

1/8 final

1. "Səbail” - "Zaqatala”

2. "Turan Tovuz” - "Qəbələ” 3. "Sabah” - "Kəpəz”

4. "Qaradağ Lökbatan” - "Zirə”

1/4 final

5. "Sumqayıt” - 1-ci cütün qalibi

6. "Qarabağ” - 2-ci cütün qalibi

7. "Keşlə” - 3-cü cütün qalibi

8. "Neftçi” - 4-cü cütün qalibi

1/2 final

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Final

11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.

Reqlamentə əsasən, ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. 21 - 29 apreldə yarımfinal görüşləri, mayın 28-də isə final oyunu baş tutacaq.

Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.


31711 oxunub

InvestAZ