XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İdman kanalı yenilənəcək
İdman 10:53 / 13.03.2019


AzTV-də rəhbər dəyişikliyindən sonra dövlət televiziyasının tərkibində fəaliyyət göstərən "İdman Azərbaycan" kanalında da dəyişikliklər baş verdi. Hazırda idman kanalına direktor əvəzi Siyavuş Əliyev başçılıq edir.
Siyavuş Əliyev fanat.az-a verdiyi açıqlamasında baş verəcək verən yeniliklərdən danışıb:
"Yayımda artıq yeniliklər görünür. "Real" - "Barselona" oyununu yayımladıq. İngiltərə Kubokunun və milli komandaların seçmə mərhələ oyunlarının yayım hüququnu almışıq. Başqa yeniliklər də olacaq.
Futbolsevərlər yaxın vaxtlarda kanalda Topaz Premyer Liqası ilə bağlı yeni verilişlər görə biləcəkmi? Tanınmış şərhçi bildirib ki, artıq yeni veriliş hazırlanır:
"Yerli çempionatla bağlı da yeni verilişimiz olacaq. Yəqin ki, milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra efirə gedəcək".
Bəs gələn mövsüm hansısa xarici ölkə çempionatlarının "İdman Azərbaycan" kanalı ilə yayımlanmaq etimalı varmı? Siyavuş Əliyevin sözlərinə görə, bu məsələyə yayda aydınlıq gələcək.

33227 oxunub

InvestAZ