XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Cüdoçumuz reytinq cədvəlinin ilk pilləsində qərarlaşıb
İdman 17:04 / 23.11.2020
Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının ardından cüdoçuların dünya reytinqi açıqlanıb. Siyahıda bir sıra dəyişikliklər baş verib. Bu, Azərbaycan idmançılarından da yan ötməyib. Dörd cüdoçumuz öz çəkisində "ilk onluq”da yer alıb. Praqada bürünc medal qazanan Rüstəm Orucov (73 kq) xal hesabını 6575-ə çatdırıb. 1 pillə irəliləyən təmsilçimiz reytinq cədvəlinin zirvəsinə yüksəlib. Avropa çempionatında gümüş medala yiyələnən İrina Kindzerska (+78 kq) da bir addım irəliləyib. O, 5464 xalla dünya 4-cüsüdür. Avropa üçüncüsü Məmmədəli Mehdiyev (90 kq) 5-ci pillədə qalıb – 4309 xal. Praqada uğursuz çıxış edən Elmar Qasımovun (100 kq) da mövqeyi dəyişməyib. O, 3994 xalla 10-cudur. Digər cüdoçularımız "onluq”dan kənarda qalıb. Hidayət Heydərov (73 kq) 3346 xalla 11-ci, bir pillə geriləyən Zelim Kotsoyev (100 kq) 3267 xalla 13-cüdür. Avropa çempionu Orxan Səfərov (66 kq) 6 pilləlik sıçrayışa nail olub. O, 2276 xalla 16-cı sırada yer alıb. Mövqeyini iki pillə pisləşdirən Uşanqi Kokauri (+100 kq) 2518 xalla 19-cudur.
31644 oxunub

InvestAZ