XƏBƏR LENTİ
21 Sentyabr 2021
20 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021



Xəzər İsayev: “Ölkəmizdə vətənpərvər gənc nəslin yetişməsi uğurlu dövlət siyasətinin nəticəsidir”
Müsahibə 13:00 / 23.11.2020
10 noyabr Azərbaycan tarixinin yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıcənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Təbii ki, bu qələbə hər kəsə sevinc və qürur hissləri yaşadır. "Olimpiya dünyası” qəzeti idman ictimaiyyəti nümayəndələrinin qələbə sevincini oxucularımıza çatdırır. Budəfəki müsahibimiz Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevdir.

- Xəzər müəllim, Azərbaycan Ordusu işğal atındakı torpaqlarımızı azad etdi və xalqımız şanlı qələbə sevincini yaşadı.


- İlk növbədə Azərbaycanın ərazi bütovlüyünün bərpa olunması, qazanılan tarixi zəfər münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinAli Baş Komandanıcənab İlham Əliyevi və xalqımızı səmimi qəlbdən təbrik edirəm. 30 illik həsrətə son qoyaraq bu qürurlu anları, qələbə sevincini bizə yaşatdığı üçün Cənab Prezidentimizə, müzəffər Azərbaycan Ordusuna təşəkkürümü bildirmək istəyirəm.Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı əsgərlərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. 10 noyabr Azərbaycan tarixinin yaddaşına qızıl hərflərlə yazıldı. Deyərdim ki, Azərbaycan xalqının indiyədək,bəlkə də, bundan sevincli günü olmamışdır. Əlbəttə ki, buqələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdyi uğurlu siyasətin nəticəsində mümkün olmuşdur. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artır. Bu gün Azərbaycanın qüdrətli ordusu var.Ölkədəki ordu quruculuğu sahəsindəgörülən işlər bu gün göz qabağındadır. Uzun illər idi ki, cənab Prezident Dağlıq Qarabağ məsələsinin siyasi yolu ilə həllinə çalışırdı. Bununla belə,o dəfələrlə çıxışlarında bildirirdi ki, bu məsələnin hərbi həll yolları da mövcuddur. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz bütün dünyaya Azərbaycanın qüdrətini bir daha nümayiş etdirdi. Tarixi ədalət bərpa olundu. Bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır. Qarabağ Azərbaycandır! Rəşadətli Azərbaycan Ordusu nəinki itirilmiş torpaqları, həmçinin xalqımızın sarsılmış ruhunu, inamını, qələbə əzmini özünə qaytardı. Bu qələbə Azərbaycanı yenilməz, qürurlu, mübariz, iradəli xalq kimi bütün dünyaya nümayiş etdirdi. Bir şəhid qardaşı kimi, deyə bilərəm ki, bu gün şəhidlərimizin ruhu şaddır, Xocalı qurbanlarının qisası alınıb. Xaricdə yaşayan bir sıra dostlarım var. Onlarla telefon vasitəsilə danışanda bildirirlər ki, qələbənin əldə olunması xaricdə yaşayan vətəndaşlarımızda da böyük ruh yüksəkliyi, özünəinam hissi yaradıb. Vətən müharibəsi nümayiş etdirdi ki, Azərbaycan xalqı cənab Prezidentin ətrafında bir yumruq kimi birləşməyə daim hazırdır. Hamıya məlumdur ki, birinci Qarabağ müharibəsində erməni işğalçıları dinc, silahsız əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirmiş və sakinlərimiz bu torpaqları məcburi şəkildə tərk etmişdi. Azərbaycan Ordusu xilaskarlıq və sülh missiyasını həyata keçirərək, torpaqlarımızı 44 gün ərzində düşmən tapdağından azad etdi.

- Maraqlıdır, qələbə xəbərini necə qarşıladınız?

- Vətən müharibəsi başlayan gündən hamı kimi, mən də ölkə başçısının çıxışlarını böyük həyəcanla izləyirdim. Noyabrın 10-da da Prezidentimizin çıxışını səbirsizliklə gözləyirdik. Əlbəttə ki, ailəliklə qələbə xəbərini böyük qürur hissi ilə, sevinc göz yaşları ilə qarşıladıq. Bu anları sözlə ifadə etmək mümkün deyil. Azərbaycan xalqı bu qələbəni illərdir gözləyirdi. Həmin gün, necə deyərlər, hamı qarabağlı idi. Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi. İşğal olunmuş Qarabağ torpaqlarından məcburi didərgin düşmüş insanlar bundan sonra doğma yurdlarında xoşbəxt və firavan yaşayacaqlar.

- Bildiyimizə görə, rəhbərlik etdiyiniz Dövlət Gömrük Komitəsi İdmanSağlamlıq Mərkəzinin "Gömrükçü” idman klubunun təmsilçilərindən də könüllü olaraq ordu sıralarına qoşulmuşdu.

-Əks-hücüm əməliyyatının başladığl ilk gündən hər bir Azərbaycan gənci könüllü şəkildə cəbhəyə yola düşmək üçün öz növbəsini gözləyirdi. İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə uğurlu döyüş əməliyyatlarından ruhlanan "Gömrükçü” İdman Klubunun təmsilçiləri də könüllü şəkildə Azərbaycan Ordusu sıralarına yazılaraq öz cəsarətlərini nümayiş etdirdilər. Onlar arasında qazi olan və hazırda müalicə alanlar var. Bildiyiniz kimi, bir sıra idmançılarımız vətən uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıblar. Müharibənin ilk günlərindən bildirmişdim ki, cənab Ali Baş Komandan İlham Əliyevin ikinci bir ordusu da var ki, o da idmançılardan ibarətdir. Biz hər zaman canab Prezidentin əmrinə hazırıq. Bildiyiniz kimi,Azərbaycan bütün dünyada idman ölkəsi kimi, idman nailiyyətləri ilə tanınır. Hər bir Azərbaycan ailəsində, ən azı, bir idmançı, bir idman mütəxəsisi var və onlar vətənini, bayrağını, dövlətini sevən və dəstəkləyən insanlardırlar. Ölkəmizdə vətənpərvər gənc nəslin yetişməsi uğurlu dövlət siyasətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindın qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu uğurlu siyasətin bəhrəsini biz bu gün bir xalq olaraq, millət olaraq görürük. 44 günlük Vətən müharibəsində biz Azərbaycan Ordusunun qüdrətinin, eləcə də, Azərbaycan gənclərinin vətənpərvərliyinin, əzmkarlığının və mübarizliyinin bir daha şahidi olduq.

- Xəzər müəllim, siz həm də Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədrisiniz. Bildiyimizə görə, Azərbaycan Ədalətli Oyunlar Komissiyası olaraq Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmisiniz


- Dövlətimiz, xalqımız həmişə beynəlxalq hüquq və normalara riayət edib. Bizim bütün qonşu və xarici dövlətlərlə beynəlxalq müstəvidə dostluq və əməkdaşlıq əlaqələrimiz var. Azərbaycan həmişə sülhsevər dövlət olub. Buna baxmayaraq, 30 il idi ki, Ermənistanın təcavüzündən əziyyət çəkirdi. Bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatları məlumatlandırılıb. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə indiyədək kağız üzərində qalmışdı. Qeyd etdiyim kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağırıb. Bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur. Amma ermənilər öz çirkin və məkrli planlarını həyata keçirirməkdə davam edirdilər. Lakin bunun bir sonu olmalı idi və oldu da. Bizim işimiz haqq işidir. Bütün bunlara baxmayaraq, düşmən öz mənfur xisləti ilə mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. AzƏOK-un Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına ünvanladığı bəyanatda da işğalçı Ermənistanın Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozduğu bildirilir və məqsədyönlü şəkildə törətdiyi təxribatlar qətiyyətlə pislənilir. Komissiya olaraq beynəlxalq təşkilat üzvlərinin hər birini Azərbaycanı ədalət prinsipləri çərçivəsində dəstəkləməyə çağırırıq. Azərbaycan həqiqətlərinin, haqq səsimizin bütün dünyaya çatdırılması vacib məsələdir.Bu gün erməni vəşhiliyini bütün dünya görməlidir.

- Xəzər müəllim, Azərbaycan idman ölkəsidir. Sözsüz ki, işğaldan azad edilən torpaqlarımızda da idmanın inkişafı prioritet istiqamətlərdən olacaq. Bu barədə də fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Azərbaycada idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Respublikamızın bütün bölgələrində idman yüksək səviyyədə inkişaf etdirilir. Əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın bundan sonra daha da çiçəklənməsi deməkdir. İnanırıq ki, işğaldan azad edilən bölgələrdə də idmanın inkişaf etdirilməsi imkanları dövlətimiz tərəfindən nəzərə alınacaq. Bilirsiniz ki, Qarabağ torpağı məşhur musiqiçilər, alimlər, ədiblər, incəsənət nümayəndələri ilə yanaşı, həm də idmançılar yetişdirib. Qarabağı idmansız təsəvvür etmək mümkün deyil. İnanırıq ki, "Qarabağ” futbol klubu tezliklə öz oyunlarını doğma yurdunda keçirəcək.Sözsüz ki, işğaldan azad olunmuş rayonvə şəhərləri təmsil edən komandalar formalaşacaq. Ümidvarıq ki, tezliklə bu torpaqlarımızda Olimpiya İdman Kompleksləri, idman zalları inşa ediləcək. Bu bölgədə idmanın, turizmin inkişafı üçün güclü potensial var. Oranın təbiəti fiziki təlim-məşqlərin təşkili üçün çox əlverişlidir. Burada Qış turizm bazasının formalaşması, idmançılarımızın Qış Olimpiya Oyunlarına hazırlaşmaları baxımından da imkanlar yaradıla bilər. Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Azərbaycanımızın məşhur Qarabağ atları dillər əzbəridir. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü mədəni irsimizə, təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurmuşdur. Bu zonanı təbii ki, atçılığın inkişafı olmadan təsəvvür etmək olmaz. İnanırıq ki, yaxın gələcəkdə Qarabağ ən mötəbər idman yarışlarına ev sahibliyi edəcək. Bu gün qarabağlı olub-olmamasından asılı olmayaraq, hər bir kəsin ağlında, qəlbində bu torpaqlarla bağlı xoş arzular, ümidlər var. Təəssüf hissi ilə qeyd etməliyik ki, bir çox həmvətənlərimiz ürəyində doğma yurd nisgili, torpaq həsrəti ilə bu dünyadan köçdü. Amma sevinirik ki, bu problem gənc nəsillərə ötürülmədi.İnanırıq ki, ölkəmizin istedadlı gəncləri uzun illər həsrətindəqaldığımız torpaqlarda böyük uğurlar qazanacaq və arzularımızıgerçəkləşdirəcəklər.

Aysel Sultanova

6955 oxunub

InvestAZ