XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



İslamiada: Muaytayçılarımız Oyunları 3 medalla başa vurdular
İdman 22:04 / 14.11.2025
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına yekun vurulub. 
Olimpiyadunyasi.com xəbər verir ki, muaytay yarışlarının son günündə təmsilçimiz Xəyal Əliyev 60-65 kq çəki dərəcəsində finalda mərakeşli Hamza Raşidlə üz-üzə gəlib.
Həlledici görüşdə 10:9 hesabı ilə məğlub olan idmançımız VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Qeyd edək ki, təmsilçilərimizdən 50-55 kq çəki dərəcəsində Əli Əliyev və 65-70 kq çəki dərəcəsində Səlahəddin Qocazadə Oyunların bürünc medallarına sahib çıxıblar.

160 oxunub

InvestAZ