XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona”da zədəli futbolçuların sayı 6-ya çatdı
İdman 09:18 / 23.11.2020

İspaniya La Liqasının X turunda "Atletiko” ilə qarşılaşan "Barselona” klubu ciddi itki ilə üzləşib. Belə ki, oyun zamanı klubun müdafiəçiləri Jerar Pike və Serxi Roberto zədələnib. 62-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalan Pikenin dünən keçirilən testlərdən sonra sağ dizinin daxili lateral bağlarının üçüncü dərəcəli dartılma və sağ dizindəki ön çarpaz bağda qismən zədə olduğu müəyyənləşib. İlkin ehtimallara görə ispaniyalı futbolçu 8-12 həftə yaşıl meydanlardan kənar qala bilər. Amma klubun həkimləri onun meydana qayıtmasını zədənin müalicəsindən asılı olacağını düşünürlər.

Klubun digər müdafiəçisi Serxi Robertonun da sağ ayaq əzələsindən zədə aldığı müəyyənləşib. Futbolçunun zədə səbəbinə görə iki aya yaxın meydandan uzaq qalacağı bidirilir.

Qeyd edək ki, klubun heyətində Pike və Roberto ilə yanaşı, Samuel Umtiti, Ronald Arauxo, Serxio Busquets və Ansu Fati də zədədən əziyyət çəkir.


31764 oxunub

InvestAZ