XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Golden Boy" mükafatının sahibi bilindi
İdman 17:00 / 22.11.2020

Futbol üzrə Norveç millisinin və Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Erlinq Holand Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatını qazanıb. İkinci yeri "Barselona”nın yetirməsi Ansu Fati tutub. "Bavariya” klubunun üzvü Alfonso Deyvis isə üçüncü olub.

Namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Deyvis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 29 matçda 27 qol vurub, 6 qolun ötürməsini verib.

32501 oxunub

InvestAZ