XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qurban Qurbanov: “Ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı”
İdman 12:28 / 22.11.2020
"Artıq qaçqın komandası deyilik, bu statusu daşımırıq”.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Türkiyənin İhlas Xəbər Agentliyinə açıqlama verən təcrübəli mütəxəssis Ağdamın işğaldan azad olunmasına münasibət bildirib. Q.Qurbanov qaçqın komanda adının artıq "Qarabağ”ın üzərindən götürüldüyünü bildirib.
48 yaşlı mütəxəssis bunun sevincini bütün komanda olaraq birlikdə yaşadıqlarını söyləyib: "Biz "Qarabağ” klubu olaraq Azərbaycanda o zonanı təmsil edirdik. Artıq rəsmən "Qarabağ” Ağdam olaraq
vurğulanacaq. Futbolçularımızla birlikdə bu günü bayram etdik. Hər kəs çox sevinirdi, bir-birini təbrik edirdi. Bir anda kollektiv daxilində pozitiv mühit yarandı. Bu günü yaşadığımız üçün Allaha şükürlər olsun. Başda Ali Baş Komandanımız olmaqla, Ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı. Xəyallarımızı gerçəkləşdirdilər. Özüm və komandam adından hər birinə təşəkkür edirəm”.
Qeyd edək ki, Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən, həmin vaxtdan "Qarabağ” ev oyunlarını Bakıda keçirib.

31864 oxunub

InvestAZ