XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Cüdoçularımız Avropa çempionatının son günündə 3 medal qazandılar
İdman 21:10 / 21.11.2020

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatına yekun vurulub. 40 ölkədən 345 (209 kişi, 136 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yığma komandamız yarışda 14 idmançı ilə (9 kişi, 5 qadın) təmsil olunub. Yarışın son günündə 5 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən üçü yarışı medalla başa vurub. Cüdoçularımızdan ən yaxşı nəticəni xanım idmançımız İrina Kindzerska (+78 kq) əldə edib. 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olub. Finalda rəqibinə məğlub olan İrina Kindzerska Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Kişi cüdoçuların yarışında isə komandamız iki bürünc medalla yadda qalıb. Komandamıza bürünc medalları Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.

100 kq çəki dərəcəsində çıxış edən daha bir cüdoçu Elmar Qasımov 7-ci yerlə kifayətlənib. Uşangi Kokauri (+100 kq) isə elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, qitə çempionatında millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıb.

Beləliklə, milli komandamız Avropa çempionatını 5 (1 qızıl, 1 gümüş, 3 bürüc) medalla başa vurub.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 4-cü yeri tutub.


30013 oxunub

InvestAZ