XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Samit Nuruzadə: «İdmançılar bu bacarıqları oyun zamanı da inkişaf etdirməlidirlər»
İdman 17:53 / 12.03.2019

Bugünki ustad dərsləri həm məşqçilər, həm də basketbolçularımız üçün böyük təcrübə olacaq.
Bu sözləri «olimpinews.az» saytına açıqlamasında basketbol üzrə yığma komandanın baş məşqçisi Samit Nuruzadə deyib.
«Məşq prosesi əsasən, 8-10 yaş qruplarını əhatə edirdi. Ümumiyyətlə məşq prosesində fərdi bacarıqlara üstünlük verilməlidir. İngiltərənin Lids Universitetinin basketbol kafedrasının müdiri Metyu Niyubi də bu gün keçdiyi ustad dərslərində məşqçilərə məhz bu bacarıqları necə inkişaf etdirməyi aşılayırdı. İdmançılar bu bacarıqları oyun zamanı da inkişaf etdirməlidirlər. Bu tədbir əsasən, məşqçilərin təcrübələrinin artırılması üçün Basketbol Federasiyası tərəfindən həyata keçirilən bir addımdır. Yəqin ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək. Bizim əsas məqsədimiz ölkəmizdə basketbolu inkişaf etdirmək, təcrübəli basketbol mütəxəssislərinin və bu idman növü ilə məşğul olan uşaqların sayını artırmaqdır. Federasiyanın dəstəyi ilə basketbolun inkişafı üçün nə lazımdırsa onu da etməyə çalışırıq. İnanıram ki, bugünki ustad dərsləri məşqçilərimiz üçün böyük təcrübə olacaq. Belə tədbirlərin tez-teztəşkil olunması basketbolçularımızın hazırlıq səviyyəsinin artmasında böyük rol oynayacaq», - deyə Samit Nuruzadə bildirdi.


34341 oxunub

InvestAZ