XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dəri əlcək ustalarımızın hazırlığı davam edir
İdman 15:21 / 15.01.2019

Kişi boksçulardan ibarət Azərbaycan millisinin yeni ilin ilk təlim-məşq toplanışı davam edir.
Komandanın baş məşqçisi Vaqif Şirinovun məşqlərə dəvət etdiyi idmançıların funksional hazırlığının 80 faizini fiziki, 20 faizini isə taktiki-texniki təmrinlər təşkil edir. Məşqlərin yüksək səviyyədə davam etməsi üçün komanda və məşqçi heyəti üçün hər cür şərait yaradılıb. Təlim-məşqlərdə ölkə çempionatının finalçıları ilə yanaşı, məşqçilərin diqqətini cəlb edən gənc boksçular da iştirak edirlər.
Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq. Toplanış fevral ayında Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda təşkil olunacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

29797 oxunub

InvestAZ