XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"The Best" mükafatının təqdim olunacağı tarix müəyyənləşdi
İdman 16:46 / 21.11.2020
FIFA ilin sonunda təşkil ediləcək mükafatlandırma mərasiminin vaxtını açıqlayıb. Tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək. "The Best" mükafatı üçün səsvermə noyabrın 25-də başlayacaq. Yığma komandaların baş məşqçiləri və kapitanları ilə yanaşı, azarkeşlərlə qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəyi səsvermə dekabrın 9-dək davam edəcək.
Tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilər müəyyənləşəcək. Bundan əlavə, ən yaxşı kişi və qadın qapıçıların da adına aydınlıq gələcək.
FIFA ilin "feyr pley" mükafatına layiq görülən kollektivi və ən yaxşı qolun müəllifinə verilən "Ferents Puşkaş" mükafatının sahibini də müəyyənləşdirəcək. Qadın və kişilərdən ibarət ilin rəmzi komandaları, həmçinin ilin ən yaxşı azarkeşləri də açıqlanacaq.
Qeyd edək ki, FIFA hələlik nominasiyalar üzrə namizədlərin adlarını açıqlamayıb.


29284 oxunub

InvestAZ