XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimizin bütün rəqibləri müəyyənləşdi
İdman 16:03 / 21.11.2020
Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbovun "Skillinq Open” onlayn şahmat turnirində rəqibləri müəyyənləşib. Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutacaq turnirdə M.Karlsen də daxil olmaqla, Liren Dinq (Çin), David Anton (İspaniya), Sergey Karyakin, Yan Nepomnyaşi, Pyotr Svidler (hər üçü Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FİDE), Vidit Quyrati (Hindistan), Levon Aronyan (Ermənistan) iştirak edəcəklər.
Turnir "Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollar olacaq.
Yarış noyabrın 22-də start götürəcək.


31951 oxunub

InvestAZ