XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Premyer Liqasında 10-cu tura start verilir
İdman 10:39 / 21.11.2020
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna start veriləcək. Gün ərzində keçiriləcək yeganə oyunda "Qarabağ” doğma meydanda "Sumqayıt”ı qəbul edəcək. Matç saat 16:00-da "Azərsun Arena”da başlayacaq. Oyunun idarə edilməsi İnqilab Məmmədova tapşırılıb.
Noyabrın 21-də keçirilməsi nəzərdə tutulan "Sabah” – "Səbail” qarşılaşması bəzi futbolçuların COVID-19 testindən yenidən keçəcəyi üçün təxirə salınıb.
Noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” matçında baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matç saat 14:00-da başlayacaq. Tura həmin gün keçiriləcək "Zirə” – "Keşlə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək”.
Qeyd edək ki, doqquz turdan sonra turnir cədvəlinə 15 xalla "Sumqayıt” klubu başçılıq edir. Aktivində 15 xal olan "Qarabağ” ikinci, 15 xalı olan "Zirə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq "Neftçi” (14), "Keşlə” (12), "Səbail” (9), "Qəbələ” (8) və "Sabah” (6) yer alıblar.


31462 oxunub

InvestAZ