XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qeyri-dəqiq məşhurlar
İdman 10:21 / 13.11.2020

Məşhur Transfermarkt portalı XXI əsrdə penalti zərbələrini dəqiq yerinə yetirə bilməyən futbolçuların siyahısını dərc edib.
Maraqlıdır ki, cədvəlin lideri 27 penalti zərbəsini qeyri-dəqiq yerinə yetirən "Barselona”nın hücumçusu Lionel Messidir. İkinci pillədə "Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo yer alıb. Futbolçu 27 penalti zərbəsini reallaşdıra bilməsə də, səhvlərin faizi L.Messidən aşağıdır.
Üçüncü yerdə karyerası ərzində 19 penaltini reallaşdıra bilməyən italiyalı Françesko Totti qərarlaşıb. Dördüncü sırada isə "Milan”ın isveçrəli hücumçu Zlatan İbrahimoviçdir. O, 19 dəfə qapıya qeyri-dəqiq zərbə endirib.
Beşliyi 15 dəfə səvh zərbə ilə yadda qalan italiyalı Antonio Di Natale bağlayır.

33866 oxunub

InvestAZ