XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Neftçi" "Qarabağ"la ilə üz-üzə
İdman 11:15 / 08.11.2020
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha 2 görüşü keçiriləcək.
İlk oyun günündə olduğu kimi, yenə qarşılaşmalar Bakıda gerçəkləşəcək.
Əvvəlcə "Bakcell Arena"da "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. "Bakcell Arena"da təşkil olunacaq qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq.
Avropa derbisi öncəsi "Neftçi" 8 oyundan 14 xalla 2-ci, "Qarabağ" 7 görüşdən 12 xalla 3-cü pillədə qərarlaşıb. Bugünkü matçda qalib gələcək komanda liderliyə yüksələcək. Heç-heçə təqdirində isə klubların mövqeləri dəyişməyəcək.
İndiyədək Neftçi" və "Qarabağ" 80 dəfə qarşılaşıb. Bunların 21-də paytaxt, 29-da Ağdam təmsilçisi qələbə qazanıbsa, 30 oyunda heç-heçə qeydə alınıb. Topların nisbəti də son illərin çempionunun xeyrinədir - 73:85.
Üstünlüyünə rəğmən, "Qarabağ” "Neftçi"yə axırıncı üç matçda qalib gəlməyib. Bakı komandası öz meydanındakı son iki qarşılaşmada qələbə qazanmayıb.
Günün yekun matçında isə "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edəcək. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin "Sabah"ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınıb.
Son 5 qarşılaşmasından məğlub ayrılan "Sabah" hazırda 6 xalla sonuncu pilləqə qərarlaşıb. Visente Qomesin baş məşqçi olduğu kollektiv axırıncı qələbəsini III turda səfərdə məhz "Zirə" üzərində qazanıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə hazırda 12 xalla 4-cü pillədə qərarlaşıb. Qələbə təqdirində, "Sabah" bir pillə irəliləyəcək. "Zirə"yə isə qalibiyyət hətta şərikli liderlik qazandıra bilər.
İki komanda indiyədək 8 dəfə üz-üzə gəlib. Bunların 4-də "Sabah", 2-də "Zirə" üstün olub. Daha 2 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də "Sabah"ın xeyrinədir - 11:9.
Digər tərəfdən, "Sabah”ın ev oyunlarında ən azı 3 qol vurulub. "Zirə” isə son 5 matçda yalnız 1 dəfə uduzub.
Görüşü FIFA referisi Rauf Cabbarov idarə edəcək.

30005 oxunub

InvestAZ