XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan cüdoçuları Avropa çempionatını medalsız başa vurdular
İdman 15:04 / 07.11.2020
Azərbaycan cüdoçusu Camal Feyziyev Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb. 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı rusiyalı Valeri Endovitski ilə üz-üzə gəlib.
Qarşılaşmada məğlub olan Feyziyev 5-ci yerlə kifayətlənib. 100 kq-da yarışan Adil Kərimli isə bürünc medal uğrunda görüşdə İsveçrə cüdoçusu Daniel Eyçə uduzub və 5-ci olub.
Qeyd edək ki, turnirin ötən iki günündə də Azərbaycan təmsilçiləri medal qazanmayıb. Daha əvvəl 81 kq-dakı Elcan Hacıyev də 5-ci yeri tutub. Noyabrın 4-də start götürən qitə çempionatına ölkənin 13 cüdoçusu qatılıb.

31681 oxunub

InvestAZ