XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Keçmiş NBA ulduzu həbsxənada vəfat edib
İdman 16:43 / 06.11.2020

1980-ci illərin Milli Basketbol Assosiyasiyasının (NBA) ulduzu amerikalı Eddi Conson Florida həbsxanalarının birində ömürlük cəza çəkən zaman dünyasını dəyişib. Məlumata görə, 65 yaşlı keçmiş basketbolçu oktyabrın 26-da vəfat etsə də, cəza çəkmə məntəqəsinin administrasiyası bunu elan etməyib. E.Conson xəstəlik səbəbi ilə vəfat edib.
Qeyd edək ki, Eddi Conson 2008-ci ildə səkkiz yaşlı qız uşağının zorlanmasında günahlandırılmışdı. Elə həmin il də onu təqsiri sübut olunaraq, ömürlük həbs cəzasına məhkum olundu.
E.Conson NBA-da çıxışları ilə tanınır. O, 1980-ci və 1981-ci illərdə liqanın bütün ulduzlarının oyunlarında iştirak edib. Lakin 1987-ci ildə nizam-intizam qaydaları və narkotik maddənin istifadəsi ilə bağlı yaşadığı problemlər səbəbi ilə ona NBA-da çıxış etmək qadağası qoyuldu. Keçmiş basketbolçu həmçinin Amerika qanuvericiliyi ilə də dəfələrlə problemlər yaşayıb. O, müxtəlif səbəblərdən 100 dəfədən çox saxlanılıb. Eddi Consonun saxlanılma səbəbləri arasında narkotiklərin saxlanması və polis məmuruna hücum maddəsi də var.

31300 oxunub

InvestAZ