XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tennisçinin 1000-ci qələbəsi
İdman 14:26 / 06.11.2020
İspaniyalı tennisçi Rafel Nadal Parisdə keçirilən turnirin ikinçi dairəsində həmyerlisi Felisiano Lopesavatonu məğlub edib. Bu 34 yaşlı idmançının karyerasında 1000-ci qələbəsi olub.
"Qazandığım 1000-ci qələbə mənim artıq qocaldığımı göstərir. Bu, o deməkdir ki, mən artıq kifayət qədər uzun müddət oyunlara çıxıram. Bu, məni çox sevindirir. Mən həyatımın hər anında mənə kömək edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Feli kimi güclü bir bir oyunçuya qarşı çıxdığımı nəzərə alsaq, oyuna bundan pis başlayacağımı gözləmirdim. Sonra təzyiq altında oynadım, amma yenə də qələbənin yolunu tapdım. Bu isə ən əsasıdır. Mən bu qələbə ilə fəxr edirəm. Belə döyüşlərdəki qələbələr bəzən 6:3, 6:3 hesabı ilə qələbə qazanmaqdan daha zövqlüdür”,- deyə R.Nadal qələbəsini şərh edib.
Qeyd edək ki, R.Nadal ilk dəfə 2002-ci ildə 15 yaşı olarkən ATP turnirində mübarizəyə aparıb. Hazırda onun hesabında "Böyük dəbilqə” turnirinin 20 qələbəsi (onlardan 13-ü Roland Garros turnirində) var. Ümumilikdə, tennisçinin təkli oyunda 86 titulu var.

31030 oxunub

InvestAZ