XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ”dan ardıcıl üçüncü məğlubiyyət
İdman 11:31 / 06.11.2020
UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub. I qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ” klubu da növbəti matçına çıxıb. Qurban Qurbanovun baş məşqçi oldu komanda Türkiyədə "Sivasspor"la üz-üzə gəlib.
"Yeni Sivas 4 Eylül" stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində ilk qolu 11-ci dəqiqədə Caner Osmanpaşa vurub. 88-ci dəqiqədə isə Olarenvaju Kayode fərqlənib. I qrupunun digər matçında "Vilyarreal" İspaniyada İsrailin "Makkabi" (Təl-Əviv) klubunu qəbul edib. Görüşün startı leysan yağışı üzündən 45 dəqiqəyədək ləngiyib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. İlk 2 qolu 4-cü və 52-ci dəqiqələrdə Karlos Bakka vurub. 71-ci dəqiqədə Aleks Baena, 81-ci dəqiqədə isə Fernando Ninyo fərqlənib. Bu nəticədən sonra xalını 9-a çatdıran "Vilyarreal" I qrupunda vahid liderə çevrilib. "Makkabi" 6 xalla 2-ci, "Sivasspor" 3 xalla 3-cü yerdə qərarlaşıb. Xalı olmayan "Qarabağ" isə sonuncudur.

Gecənin gözlənilməz nəticələri isə "Milan"ın İtaliyada Fransanın "Lill" klubuna, Niderlandın PSV komandasının isə Yunanıstanda PAOK-a böyük hesabla uduzması olub. Əvəzində İngiltərə "Arsenal"ı Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı penaltilər seriyasında üstələmiş Norveçin "Molde" komandasını darmadağın edib.



Avropa Liqası
III tur
5 noyabr

A qrupu
21:55. "Roma” (İtaliya) – ÇFR (Rumıniya) - 5:0

00:00. "Yanq Boyz” (İsveçrə) – MOİK (Sofiya, Bolqarıstan) - 3:0

Xal durumu: "Roma" - 7, "Yanq Boyz" - 4, ÇFR - 4, MOİK - 1

B qrupu
21:55. "Rapid” (Vyana, Avstriya) – "Dandolk” (İrlandiya) - 4:3
00:00. "Arsenal” (İngiltərə) – "Molde” (Norveç) - 4:1

Xal durumu: "Arsenal" - 9, "Molde" - 6, "Rapid" - 3, "Dandolk" - 0

C qrupu
21:55. "Slaviya” (Çexiya) – "Nitsa” (Fransa) - 3:2
21:55. "Hapoel” (Beer-Şeva, İsrail) – "Bayer” (Leverkuzen, Almaniya) - 2:4

Xal durumu: "Slaviya" - 6, "Bayer" - 6, "Nitsa" - 3, "Hapoel" - 3

D qrupu
21:55. "Benfika” (Portuqaliya) – "Reyncers” (Şotlandiya) - 3:3
21:55. "Lex” (Polşa) – "Standard” (Lyej, Belçika) - 3:1

Xal durumu: "Reyncers" - 7, "Benfika" - 7, "Lex" - 3, "Standard" - 0

E qrupu
21:55. PAOK (Yunanıstan) – PSV (Niderland) - 4:1

21:55. "Omoniya” (Kipr) – "Qranada” (İspaniya) - 0:2

Xal durumu: "Qranada" - 7, PAOK - 5, PSV - 3, "Omoniya" - 1

F qrupu
21:55. "Real Sosyedad” (İspaniya) – AZ (Niderland) - 1:0
21:55. "Riyeka” (Xorvatiya) – "Napoli” (İtaliya) - 1:2

Xal durumu: AZ - 6, "Napoli" - 6, "Real Sosyedad" - 6, "Riyeka" - 0.

G qrupu
00:00. "Lester” (İngiltərə) – "Braqa” (Portuqaliya) - 4:0
00:00. "Zarya” (Ukrayna) – AEK (Yunanıstan) - 1:4

Xal durumu: "Lester" - 9, "Braqa" - 6, AEK - 3, "Zarya" - 0

H qrupu
00:00. "Seltik” (Şotlandiya) – "Sparta” (Çexiya) - 1:4
00:00. "Milan” (İtaliya) – "Lill” (Fransa) - 0:3

Xal durumu: "Lill" - 7, "Milan" - 6, "Sparta" - 3, "Seltik" - 1

I qrupu
21:55. "Sivasspor” (Türkiyə) – "Qarabağ” (Azərbaycan) - 2:0
00:00. "Vilyarreal” (İspaniya) – "Makkabi” (Təl-Əviv, İsrail) - 4:0

Xal durumu: "Vilyarreal" - 9, "Makkabi" - 6, "Sivasspor" - 3, "Qarabağ" - 0

J qrupu
21:55. "Lüdoqorets” (Bolqarıstan) – "Tottenhem” (İngiltərə) - 1:3

00:00. "Antverpen” (Belçika) – LASK (Avstriya) - 0:1

Xal durumu: "Tottenhem" - 6, "Antverpen" - 6, LASK - 6, "Lüdoqorets" - 0

K qrupu
00:00. "Dinamo” (Zaqreb, Xorvatiya) – "Volfsberg” (Avstriya) - 1:0

00:00. "Feyenoord” (Niderland) – MOİK (Moskva, Rusiya) - 3:1

Xal durumu: "Dinamo" - 5, "Volfsberq" - 4, "Feyenoord" - 4, MOİK - 2

L qrupu
00:00. "Srvena Zvezda” (Serbiya) – "Gent” (Belçika) - 2:1

00:00. "Hoffenhaym” (Almaniya) – "Slovan” (Liberec, Çexiya) - 5:0

Xal durumu: "Hoffenhaym" - 9, "Srvena Zvezda" - 6, "Slovan" - 3, Gent - 0.

35162 oxunub

InvestAZ