Samboçularımız dünya çempionatında iştirakdan imtina etdi
İdman 13:19 / 05.11.2020
Bu gün Serbiyada sambo üzrə dünya çempionatına start verilib. Çempionatında 30 ölkədən 400-dən çox idmançı mübarizə aparacaq. Azərbaycan komandası bu yarışda iştirak etməyəcək. Bir sıra milli komandalar kimi, yığmamızın da turnirə qatılmamasının səbəbi Avropadakı qeyri-sabit epidemioloji vəziyyət göstərilir. Dünya çempionatına noyabrın 8-də yekun vurulacaq.
30537 oxunub