XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempiolar Liqası: Qrup mərhəlsində 3-cü tura yekun vuruldu
İdman 11:00 / 05.11.2020

UEFA Çempionlar Liqasında III turun son görüşləri keçirilib. İkinci oyun gününün 8 qarşılaşmasında qapılara 27 qol vurulub. E qrupunun hər iki görüşü məhsuldar alınıb. "Sevilya" İspaniyada Rusiyanın "Krasnodar" klubu ilə matçda əzmkar qələbə qazanıb - 3:2. Avropa Liqasının son qalibi buna azlıqda qaldığı halda nail olub. "Çelsi" isə İngiltərədə Fransanın "Renn" klubunu darmadağın edib - 3:0. Bu nəticələrdən sonra İngiltərə və İspaniya təmsilçiləri hərəyə 7 xalla liderliklərini davam etdiriblər.

F qrupunda Almaniyanın "Borussiya" (Dortmund) komandası Belçikada "Brügge" üzərində böyük hesablı qələbə qazanıb - 3:0. Qollardan ikisini istedadlı hücumçu Erlinq Holann vurub. Qrupun digər matçında isə "Zenit" Rusiyada İtaliya "Latsio"sunu büdrədib - 1:1.

G qrupunda "Barselona" İspaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını minimal fərqlə yenməyi bacarıbsa, İtaliya "Yuventus"u Macarıstanda "Ferentsvaroş"u darmadağın edib - 4:1.

H qrupundakı hər iki qarşılaşma isə sensasiya ilə nəticələnib. "Başakşehir" Türkiyədə "Mançester Yunayted"i, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini üstələməyi bacarıb. PSJ-nin yeganə qolunun müəllifi Anxel Di Maria 16-cı dəqiqədə penaltini yerinə yetirə bilməyib. Üstəlik, Paris komandası oyunu 9 futbolçu ilə başa vurmalı olub.



Çempionlar Liqası
Qrup mərhələsi
III tur

4 noyabr
E qrupu
00:00. "Sevilya” (İspaniya) – "Krasnodar” (Rusiya) - 3:2
Rakitiç, 42, En Nesiri, 69, 72 - Süleymanov, 17, Berq, 21 (pen.)
00:00. "Çelsi” (İngiltərə) – "Renn” (Fransa) - 3:0
Verner, 10 (pen.), 41 (pen.). Abraham, 50

F qrupu
21:55. "Zenit” (Rusiya) – "Latsio” (İtaliya) - 1:1
Yeroxin, 32 - Kaysedo, 82
00:00. "Brügge” (Belçika) – "Borussiya” (Dortmund, Almaniya) - 0:3
Azar, 14, Haaland, 18, 32



G qrupu
00:00. "Barselona” (İspaniya) – "Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Messi, 5 (pen.), Pike, 65 - Tsiqankov, 75
00:00. "Ferensvaroş” (Macarıstan) – "Yuventus” (İtaliya) - 1:4
Boli, 90 - Morata, 7, 60, Dibala, 73, Dvali, 81 (avtoqol)

H qrupu
21:55. "Başakşəhər” (Türkiyə) – "Mançester Yunayted” (İngilıtərə) - 2:1
Ba, 13, Viska, 40 - Martial, 43
00:00. "Leypsiq” (Almaniya) – PSJ (Fransa) - 2:1
Nkanku, 42, Forsberq, 56 - Di Maria, 6

31719 oxunub

InvestAZ