XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dünya çempionu yenidən dəmir barmağlıqlar arxasında
İdman 15:37 / 04.11.2020

Boks üzrə dörd çəki dərəcəsində keçmiş dünya çempionu olan 31 yaşlı Edrian Broner həbs olunub. Klivlend məhkəməsi boksçunun hakimə etdiyi hörmətsizliyə görə onu həbsxanaya yerləşdirib. E.Broner onun əməllərinə görə əziyyət çəkən qadının vəkillərinə məhkəmə qərarı ilə təyin olunan 830 min dolları hansı səbəbdən ödəmədiyinin hesabatını verməyənə kimi həbsxanada qalacaq. Ötən ay boksçu məhkəməyə aylıq nəğd gəlirinin yalnız 13 dollar təşkil etməsi ilə bağlı müraciət ünvanlamışdı. Lakin hakim onun yaxın günlərdə instaqram sosial hesabında paylaşdığı videoda masanın üzərində xeyli pulun olduğunu bildirmişdi. İdmançı isə gələn ili yanvar ayında keçirəcəyi döyüşdən əldə etdiyi gəlir ilə zərərçəkmişə borcunu ödəyəcəyini deyib.
Xatırladaq ki, 2018-ci ilin noyabr ayında 35 yaşlı qadın gecə klubunda E.Broner tərəfindən zorakılığa məruz qalması səbəbi ilə onu məhkəməyə vermişdi. Edrian Broner cinayət məhkəməsində təqsirini etiraf edərək, iki il şərti olaraq cəza almışdı. Mülki məhkəmədə isə boksçu vəkilsiz qalıb və məhkəmə idmançının zərərçəkmişə 830 min dollar təzminat təyin edib.

32826 oxunub

InvestAZ