XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dieqo Maradona əməliyyat olundu
İdman 15:12 / 04.11.2020
Xroniki subdural hematoma diaqnozu qoyulan Argentinanın "Ximnasiya və Esqrima" futbol komandasının baş məşqçisi Dieqo Maradona əməliyyat olunub. 60 yaşlı mütəxəssisin əməliyyatı uğurlu keçib.
Futbolçunun həkimi Leopoldo Luke xəstənin durumun yaxşı olduğunu bildirib: "Əməliyyat 120 dəqiqə çəkdi. Hər şey normal və fəsadsız başa çatdı".
Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək, qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçu paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.
Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.

31640 oxunub

InvestAZ