XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Hamiltondan növbəti qələbə
İdman 11:22 / 02.11.2020
İtaliyanın İmola şəhərində Formula 1 üzrə Emiliyi-Romanyi Qran-prisi keçirilib. Yarışın qalibi adını "Mercedes” pilotu Luis Hamilton qazanıb. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutub. "Renault” komandasını təmsil edən Daniel Rikkardo isə üçüncü pillə ilə kifayətlənib. Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib.
Bu nəticədən sonra "Mercedes” sona 4 mərhələ qalmış 479 xalla Konstruktorlar Kubokunun qalibi adını qazanıb. İkinci yerdə 226 xalla "Red Bull” qərarlaşıb. "Renault” isə 135 xalla üçüncüdür.
Pilotların mübarizəsində isə Luis Hamilton 282 xalla 1-ci, Valtteri Bottas 197 xalla 2-cidir. 3-cü pillədə isə 162 xalla "Red Bull” pilotu Maks Ferstappen qərarlaşıb.

34129 oxunub

InvestAZ