XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionatında 11 gimnastımız mübarizə aparacaq
İdman 15:33 / 29.10.2020
Noyabrın 26-29-da Kiyevdə keçiriləcək bədii gimnastika üzrə 36-cı Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək.
Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova mübarizə aparacaqlar.
Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcəklər.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatında böyüklər arasında fərdi proqramda 27 gimnast, kiçiklər arasında 75 gimnast iştirak edəcək.

33035 oxunub

InvestAZ