XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messi Çempionlar Liqasında yeni rekorda imza atdı
İdman 14:13 / 29.10.2020
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb. 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.
Təcrübəli forvard G qrupunun II turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir. Messi bu göstəriciyə görə "Yuventus"da çıxış edən Kriştianu Ronaldudan (38 məhsuldar ötürmə) geri qalır.
Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.

33023 oxunub

InvestAZ